Doue, Strasbourgla razılığa gəldi

Bakı, 26 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray)-da uzun sürən danışıqlardan sonra, transferindən imtina edilən Fransanın Rennes (Renn) komandasının 21 yaşlı sağ cinah müdafiəçisi Guela Doue, Strasbourgla anlaşıb.

Sporaz.tv xəbər verir ki, Strasbourg klubundan verilən açıqlamada, “Strasbourg”-un,”Rennes”lə sağ cinah müdafiəçisi Guela Douenin transferi üçün razılığa gəldiyi bildirilib.

Açıqlamada futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalandığı bildirilib.

Doue ötən mövsüm “Rennes” forması ilə 35 matçda iştirak edib və 4 məhsuldar ötürmə edib.