Dortmundda bəyənilməyən stoper:”Antonio Rüdiger”

Bakı, 14 iyun, Sporaz.tv


“Antonio Rüdiger” Sierre Leoneli Afrikalı bir ailənin tək oğlan uşağıdır. 4 bacısı var. Berlində türklərin çox olduğu Kreuzbergə 15 dəqiqəlik məsafədə, daha çox köçkünlərin yaşadığı Neuköllnde böyüyüb. Arda Gülerə xitab etdiyi Abi kəlməsini bəlkə də burada öyrənib.
“Arda mənə Mesut Özili xatırladır.O mənim üçün sadəcə Arda Abidir.”


7 yaşında futbola başlayan Rüdigerin yaşayış şərtləri çoxda asan deyildi. İlk illərdə Tasmania Berlin, Hertha Zehlendorf formaları geyinən Rüdiger Dortmund akademiyasına qatıldı.

18 yaşına gəldikdə Rüdgerin həyatında çətin bir dönəm başladı. Ailəsi Afrikaya dönmək məcburiyyətində qalmışdı. Uzun müddət formasını daşıdığı Dortmund isə ona professional razılaşma vermədi. Elə bu zaman Stuttgart onun tək çıxış yolu oldu. 19 yaşında Bundesligada səhnə almağa başladı.

Daha sonra Roma klubuna kiralandı bir müddət Romanın formasını tərlətdikdən sonra 13 milyon avro bomservis və 35 milyon avroya Chelseaya göndərildidi.

1.90 boyulu, qeyri adi atletik ve dəli dolu halları ilə Rüdige artıq Real Madrid ilə bütün kuboklara hökm edir.