“Dortmund” Terziçlə vidalaşıb

Bakı, 13 iyun, Sporaz.tv

Almaniya 1-ci Futbol Liqası komandalarından olan Dortmund “Borussiya”sı baş məşqçi Edin Terziçlə yollarını ayırıb.
Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada 41 yaşlı çalışdırıcının işindən ayrılmaq istədiyi və görüşdən sonra bu tələbin qəbul edildiyi bildirilib.

2021-ci ildə “Borussiya Dortmund”la Almaniya kubokunu qazanan Terziç, 2022-23 mövsümündə liqa çempionluğunu son həftədə “Bavariya”ya uduzdu. Təcrübəli məşqçinin rəhbərliyi altında ötən mövsüm UEFA Çempionlar Liqasının finalına yüksələn Almaniya komandası Madrid “Real”ına 2:0 hesabı ilə məğlub olub.

Terziç açıqlamasında: “Düşünürəm ki, Borussia Dortmund-da yeni mövsümdə meydanda yeni bir adam olmalıdır. Mən həmişə kluba ən yaxşısını arzulayıram və vidalaşmıram, yenidən görüşərik” -deyib.