Dortmund, Ferdidən əl çəkmir

Bakı, 27 iyun, Sporaz.tv

Avropanın aparıcı klubları, Fenerbahçe (Fənərbağça)-nın ulduzu Ferdi Kadıoğlu ilə maraqlanmaqda davam edir.

Sporaz.tv xəbər verir ki, Avropanın 5 böyük liqasından maraqlanan komandaların sayı artarkən, sarı-göylü komanda ilə əlaqə saxlayan son komanda Borussia Dortmund oldu.

2024-cü il futbol üzrə Avropa çempionatında Türkiyə millisi ilə yaxşı turnir keçirən Ferdi üçün Almaniya komandasının 20 milyon avro civarında təklif etdiyi öyrənilib.

Fenerbahçe isə Dortmund rəhbərliyinə gənc futbolçu üçün 30 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcəyini bildirib. Kadıoğlunun “Fenerbahçe” ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.