“Dortmund” 6 futbolçu üçün qapıları bağlayıb

Bakı, 10 iyun, Sporaz.tv

Çempionlar Liqası titulunu son anda itirən Dortmund “Borussiya”sı yeni mövsüm öncəsi möhkəm dayanır. “Sarı-qaralar” transfer dövründə 6 futbolçusunu satışa çıxarıb.

Sporaz.tv xəbər verir ki, Bundesliqa təmsilçisi “Borussiya Dortmund” yay dövrü üçün transfer strategiyasını müəyyən edib.

Ötən mövsüm Çempionlar Liqasının finalında çıxış edən Almaniya komandası yeni mövsümə qədər nüfuzlu futbolçuları heyətində saxlamaq istəyir.

“Sarı-qaralar”ın heyətində yer alan qapıçı Qreqor Kobel, müdafiəçi Niko Şlotterbek, yarımmüdafiəçi Əmrə Can, Julian Brandt, Marsel Sabitzer və hücumçu Niklas Füllkruq üçün gələn təkliflərə bazarlıq qapıları bağlanıb.

Gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq Dortmund komandası ötən mövsümü finalda Real Madridə məğlub olaraq başa vurmuşdu.