Dondurma sataraq böyüyən Richarlison

Bakı,23 may,Sporaz.tv

Atası bir daş ustası,anası vaxt tapdığında dondurma satan bir təmizlikçi idi.

Richarlison,Nova Veneciada yoxsulluğun tam ortasında dünyaya gəlib. Böyüdüyü küçə və dostları pis vərdişlərin, o isə futbol topunun ardından getdi. Ətrafı qadağan olunmuş maddə satarkən,Richarlison anasının stendini alıb,dondurma və şokolad sataraq pul qazanmağa çalışırdı.

Neymar və fenomen Ronaldo videoları izləyib top oynayan Richarlisona anası “Düzgün bir iş tap” deyərək əsəbləşərdi. 14 yaşında olarkən, bir gecə matç dönüşü banda üzvləri onu əsr alıb başına silah tutdu. O gündə əlində bir futbol topu vardı.

Atası bütün gəlirini,maaşını oğluna futbol topu və ayaqqabı almaq üçün xərcləmişdi. Richarlison da professional futbolçu olduqdan sonra “Dostlarım,ailəm mənə gülürdü. Həqiqətən, inanan tək kişi atam idi”-dedi.

İlk Şampionlar Liqası qolunu atdıqdan sonra atasına qaçıb sarılmışdı. İkisi meydan kənarında cəfasını çəkdikləri o günlərin meyvəsini almağın xoşbəxtliyi ilə ağladılar.

Evertondan 58 milyon euroya transfer olduğu Tottenhamda sezonu 26 matça 11 qolluq statistika ilə davam etdirir.

Bahar Rüstəm