Dominik Livakovicdən Joze Mourinho açıqlaması

Bakı, 12 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın və Xorvatiya Millisinin qapıçısı Dominik Livakoviç, sarı-göylülər komandada Joze Mourinho ilə çalışmaqdan xoşbəxt olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, 2024-cü il futbol üzrə Avropa çempionatının başlamasına az qalmış Dominik Livakoviç Xorvatiyada keçirilən mətbuat konfransında sualları cavablandırıb.

Livakoviç açıqlamasında: “Ona otelə gəldiyi və bizi ziyarət etdiyi üçün təşəkkür edirəm. Onunla işləmək böyük şərəfdir. O, dünyanın ən yaxşı məşqçilərindən biridir. Buna çox şadam” deyib.

Livakoviç 2024-cü il Avropa Futbol Çempionatı ilə bağlı “Bu mənim ilk qapıçı kimi üçüncü turnirimdir. Əvvəlki təcrübələrimlə müqayisədə bu mənim üçün daha asandır. Nələrə diqqət edəcəyimi bilirəm” qeyd edib.

Xorvatiya, AVRO-2024-ün qrup mərhələsində İspaniya, Albaniya və İtaliya ilə qarşılaşacaq.