Domagoj Vida milli komanda karyerasını bitirib

Bakı, 21 iyul, Sporaz.tv

Domagoj Vida Xorvatiya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Sporaz.tv xəbər verir ki, karyerasını Yunanıstan Liqası komandalarından olan “AEK”də davam etdirən Domagoj Vida Xorvatiya millisindən ayrılıb. Xorvatiya Milli Komandasının sosial media hesabında edilən paylaşımda Vidanın milli karyerasını bitirdiyi bildirilib. Açıqlamada, “Bu gün Domagoj Vida Xorvatiya Milli Komandası ilə vidalaşır. Bircə onu deyə bilərəm ki, son 14 ildə verdiyi töhfələrə görə təşəkkür edirəm”. bəyanatlar daxil edilmişdir.Domagoy Vida Xorvatiya millisinin heyətində 105 oyun keçirib və 4 qol vurub. Vida Xorvatiya millisinin 2024-cü il Avropa Futbol Çempionatının heyətində yer alıb.Təcrübəli müdafiəçi 2018-2022-ci illərdə “Beşiktaş”da çıxış edib.

Bahar Rüstəm