“Dinamo Zagreb” – “Qarabağ” oyunu nə vaxt, saat neçədə və hansı kanalda olacaq?

Bakı, 20 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” “Dinamo Zagreb” qalib gəlmək üçün meydandadır. Ötən tur “Ludogrets”i mübarizədən kənarlaşdıraraq pley-offa vəsiqə qazanan Qurban Qurbanovun yetirmələri “Dinamo Zagreb”ə səfərdə qalib gəlməklə, tur üstünlüyü əldə etmək istəyirlər.

Sporaz.tv xəbər verir ki, “Ludogorets”i məğlub edərək pley-offa vəsiqə qazanan “Qarabağ” Zagreb “Dinamo”sunun qonağıdır. Heyətdə Juninho, Benzia, Zoubir, Andrade və Ramao kimi futbolçuların çıxışı diqqəti cəlb edərkən, bütün gözlər “Dinamo Zagreb” oyununa çevrilib. “Qarabağ”ın rəqibi “Dinamo Zagreb” Çempionlar Liqasında birbaşa pley-off mərhələsindən iştirak edəcək. Xorvatiya komandası liqada keçirdiyi 3 oyunun hamısında qalib gələrək 10 qol vurub və cəmi 1 top buraxıb.

Avropa futbolunun 1 nömrəli təşkilatında iştirak etmək istəyən “Qarabağ” “Dinamo Zagreb” ilə üz-üzə gəlib.

Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda oynanılacaq qarşılaşma bu gün saat 23.00-da başlayacaq.

Matç TRT 1 ekranlarında şifrəsiz yayımlanacaq.

“Dinamo Zagreb” 2024-2025 mövsümündə liqada 3 rəsmi oyun keçirərək 9 xal toplayıb. Xorvatiya komandası Çempionlar Liqasında pley-off mərhələsində iştirak edir.

Bahar Rüstəm