Dina Ebimbe “Galatasaray”ın təklifini rədd edib

Bakı, 9 sentyabr, Sporaz.tv

Adı Galatasaray (Qalatasaray)-la hallanan Dina Ebimbe üçün Fransadan yeni iddia gəlib. 23 yaşlı futbolçunun sarı-qırmızılıların təklifi ilə bağlı qərar verdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, transfer dövrü başa çatdıqca işlərini sürətləndirən “Galatasaray”ın Frankfurtda çıxış edən Dina Ebimbenini istədiyi bildirilib.

Xəbərdə 23 yaşlı fransalı yarımmüdafiəçinin “Galatasaray”da oynamaq istəmədiyi bildirilib.

Dina Ebimbe, ötən mövsüm “Eintracht Frankfurt” formasıyla 44 oyun keçirib.

Fransız futbolçu, bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Leave a Reply