Di Marianın yeni ünvanı bəlli oldu

Bakı, 20 iyul, Sporaz.tv

Benfica” prezidenti Rui Costa, argentinalı ulduz Angel Di Marianın gələn mövsüm komandada olacağını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş“ın yay transfer dövrünün əvvəlində transfer etmək istədiyi Angel Di Maria karyerasını Portuqaliyada davam etdirəcək.

“Benfica”nın prezidenti Rui Kosta ulduz futbolçunun gələn mövsüm komandada davam edəcəyini açıqlayıb.

Transferlərlə bağlı danışan Costa, “Keyfiyyətli futbolçular istəyirik. Gəlib gedənlər olacaq. Azarkeşlərin səbirsizliyini başa düşürəm, amma necə bir heyətə sahib olduğumuzun fərqindəyik. Ekstremal heyət quracağıq. Ötən mövsüm yaxşı olmadı, amma irəliyə baxmalıyıq” deyib.

Bahar Rüstəm