Devon Hall “Fenerbahçe Beko”da

Bakı, 17 iyun, Sporaz.tv

Fenerbahçe Beko” Kişi Basketbol Komandası, bir müddət əvvəl EA7 Emporio Armani Milanoda çıxış edən Amerikalı oyunçu Devon Hall ilə 2 illik anlaşma əldə edib.

Fenerbahçe Beko Kişi Basketbol Komandası amerikalı atıcı mühafizəçi Devon Hallı heyətinə qatıb.

Sarı-göylü komandadan verilən açıqlamada 28 yaşlı Hallla 2 illik müqavilə imzalandığı qeyd edilib.

2021-ci ildən İtaliya təmsilçisi EA7 Emporio Armani Milanoda çıxış edən oyunçu THY Avropa Liqasında 3 mövsümdə 93 matça çıxıb və 8,8 xal, 2,5 ribaund və 2,1 məhsuldar ötürmə ilə çıxış edib.

Vüqar ALIŞOV