Derrick Köhndən inanılmaz başlanğıc

Bakı, 16 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın “Werder Bremen”(Verder)-ə icarəyə verdiyi Derrick Köhn, yeni macərasına uğurlu başlayıb. “Mainz” matçında ilk dəfə “Werder Bremen”-də çıxış edən Köhn komandasının qələbə qoluna imza atıb.

Bundesliqanın 3-cü həftəsində “Werder” səfərdə “Mainz“(Maynts)-lə qarşılaşıb. Derrick Köhn ilk dəfə “Werder Bremen”-də çıxış edib. “Galatasaray”-dan “Werder”-in icarəyə götürdüyü Derrick Köhn komandasına “Mainz”-a qələbə qazandıran qolu vurub.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan alman sol cinah müdafiəçisi 67-ci dəqiqədə oyuna daxil olduqdan 2 dəqiqə sonra topu tora göndərərək komandasını 2-1 önə keçirib. Matçın qalan dəqiqələrində başqa qol olmadığı üçün “Werder Bremen” Bundesliqada mövsümün ilk qələbəsini qazanıb.

Digər tərəfdən Derrick Köhn komandası üçün matçın ulduzu seçilib.

Leave a Reply