“Derbinin nəticəsi çempionluğa təsir etməyəcək”

Bakı, 21 sentyabr, Sporaz.tv

Bu sözləri Türkiyə Super Liqasının 6-cı turunda keçiriləcək “Galatasaray” – “Fenerbahçe” derbisindən əvvəl idman eksperti Ağa Dadaşzadə deyib.

Sporaz.tv açıqlamanı təqdim edir:

6-cı turdur. Mövsüm yeni başlayıb, həlledicilik çox cuzi olacaq.Çünki liqanın digər komandalarının həm “Galatasaray”a, həm də “Fenerbahçe”yə qarşı necə mübarizə aparacaqları bəlli deyil. Futbolda top yumrudur, bəzən oyunlarda zəif komandalar inanılmaz oyunla güclü komandaları məğlub edir ki, inanmaq olmur. Mən düşünürəm ki, maraqlı oyun olacaq. Oyundakı qalibiyyət məğlubiyyət sadəcə, entriqa yaradacaq. Amma bunun çempionluğa heç bir təsiri olmayacaq. Qarşıda hələ, 30 tur var. Bu oyun sırf rəqabət üçün olacaq. Oyun zövq verə bilər. Amma çempionluq üçün məntiqi mənası yoxdur.

Bahar Rüstəm

Leave a Reply