Derbidə bütün gözlər Mert və Livakoviçdədir

Bakı, 26 aprel, Sporaz.tv

Trendyol Super Liqasının 34-cü həftəsində sabah keçiriləcək “Fenerbahçe”(Fənərbaxça)Beşiktaş derbisində bütün gözlər hər iki komandanın qapıçılarında olacaq.

Sporaz.tv  xəbər verir ki, Sivasdakı kritik xal itkisindən sonra lider “Galatasaray” (Qalatasaray”)xal fərqi 4-ə yüksələn “Fənərbaxça” 33 həftədə topladığı 51 xalla dördüncü sırada olan “Beşiktaş”ı qəbul edəcək.

“Ülkər” stadionunun ev sahibliyi edəcəyi yarışda “Beşiktaş”ın milli qapıçısı Mert Günokun, “Fənərbağça”nın isə xorvatiyalı qapıçısı Dominik Livakoviçin oynaması gözlənilir.

2021-2022-ci illərdən qara-ağlılar komandada çalışan 35 yaşlı Mert Günok və sarı-göylülər komandada ilk mövsümünü keçirən 29 yaşlı Livakoviçin çıxışı olacaq. komandaları üçün böyük əhəmiyyət kəsb edir.

Mert Günok 40 matçda 42 qol buraxıb

“Beşiktaş”ın milli qapıçısı Mert Günok bu mövsüm bütün yarışlarda 40 yarışda 42 qol vurub.

35 yaşlı qolkiper Superliqada 27, UEFA Avropa Konfrans Liqasında isə 9 matçda meydana çıxıb.

Liqada 30 qol buraxan Mert Günok UEFA Avropa Konfrans Liqasında rəqib komandaların 11 dəfə fərqlənməsinə mane ola bilməyib.

Təcrübəli qolkiper Ziraat Türkiyə Kubokunda 4 oyuna çıxıb və cəmi 1 qol buraxıb.

Mertin 9-cu derbi həyəcanı

“Fenerbahçe”(Fənərbaxça)nın xorvatiyalı qapıçısı Dominik Livakoviç bu mövsüm sarı-göylü forma ilə bütün yarışlarda 35 matçda forma geyinib.

Superliqada 29 matçda 27 qol buraxan xorvatiyalı qolkiper UEFA Avropa Konfrans Liqasında qapısını qoruduğu 6 matçda 12 qolun qarşısını ala bilməyib.

Dominik Livakoviç liqada 11, Avropada isə 2 matçda rəqiblərinə qol qeyd etməyə imkan verməyib.

Vüqar Alışov