Derbi öncəsi “Galatasaray”ı motivasiya edən detal

Bakı, 23 sentyabr, Sporaz.tv

Səfərdə “Fenerbahçe“nı məğlub edən “Galatasaray“ı derbidə qələbəyə aparan detallar üzə çıxıb. “Galatasaray” rəhbərliyinin derbi öncəsi komandaya etdiyi xoş jest böyük matç öncəsi futbolçuları motivasiya edib.

Sporaz.tv xəbər verir ki,  Kadıköydə “Fenerbahçe”nı 3:1 hesabı ilə məğlub edən və əzəli rəqibi ilə fərqi 5-ə yüksəldən “Galatasaray” üçün derbi qələbəsinin təfərrüatları ortaya çıxmağa başladı.

Bildirilib ki, “Galatasaray” rəhbərliyi böyük oyun öncəsi komandanı motivasiya edən, düşünülmüş addım atıb.

“Galatasaray”ı qələbəyə aparan məqamlar belədir:

Yarımmüdafiə: Derbidən əvvəl “Fenerbahçe”nin “Galatasaray”la müqayisədə ən güclü nöqtəsinin mərkəz müdafiə olduğu bildirilirdi. Okan Buruk fəlsəfəsindən əl çəkməyərək derbiyə Torreira, Sara və Mertenslə başlayıb. Bu üçünün vurduğu qollar “sarı-qırmızılılar”a qələbə qazandırıb.

Şərəf uğrunda mübarizə: “Galatasaraylı” futbolçular ötən mövsüm uduzduqları ev oyununu və sonra baş verənləri unutmadılar. Keçmiş futbolçular da yeni transferlərə bu matçın əhəmiyyətini izah ediblər. Kadıköy derbisi şərəf matçı kimi qiymətləndirilib.

Yunus haqlı idi: Transfer dövrü bitəndə ən böyük problemin qanadlarda olduğu göstərildi. Okan Buruk Yunus Akgünə güvəndi və gənc istedad bu etimadı pozmadı və derbidə əla oynadı.

İcardinin varlığı: Əslində onun oynaması qeyri-mümkün idi, amma komandanı tək buraxmaq istəmirdi. İcardinin ehtiyat oyunçular skamyasında olması mesaj demək idi. Bu, komandaya müsbət təsir etdi.

Xüsusi motivasiya: Matçdan əvvəl oyunçuların və texniki heyətin şkaflarında şəxsi mesajların və ailə şəkillərinin yerləşdirilməsi yaxşı düşünülmüş addım idi. Rəhbərliyin bu həvəsləndirici hərəkəti hər kəsi çox təsirləndirdi.

Bahar Rüstəm

Leave a Reply