Derbi öncəsi “Fenerbahçe”yə 2 şad xəbər

Bakı, 17 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-yə derbi öncəsi iki futbolçudan şad xəbər gəlib. “Fenerbahçe”-də “Galatasaray“(Qalatasaray) matçı öncəsi Djiku və Kosticin komanda ilə məşqə cəlb olunması gözlənilir.

Sporaz.tv məlumat verir ki, sarı-göylü komandada yer alan Djiku və Kosticin sabahdan etibarən komanda ilə məşqlərə başlaması planlaşdırılır.

Digər tərəfdən, Osayi-Samuelin müalicəsi davam edir. Nigeriyalı futbolçunun vəziyyəti günbəgün izlənəcək.

“Fenerbahçe” – “Galatasaray” derbi matçı, sentyabrın 21-i şənbə günü saat 21:00-da başlayacaq.

Leave a Reply