Deniz Öncü İtaliyada yarışa çıxacaq

Bakı, 29 may, Sporaz.tv

Motosikletçi Deniz Öncü Beynəlxalq Motosiklet Federasiyasının (FIM) təşkil etdiyi Dünya Moto2 Çempionatının 7-ci ayağı olan İtaliya Qran Prisində oyuna çıxacaq.

Sporaz.tv xəbər verir ki, Deniz Öncü mayın 31-i cümə günü pulsuz məşqdə Red Bull KTM Ajo komandası ilə, 1 iyun şənbə günü isə sıralanma yarışında yarışacaq.

Türkiyə Motosiklet Federasiyasından verilən açıqlamaya görə,  Deniz Öncü Dünya Moto2 Çempionatında iştirak edəcək.

Vüqar ALIŞOV