Denis Dragusdan “Trabzonspor” cavabı

Bakı, 18 iyun, Sporaz.tv

Rumıniya millisinin futbolçusu Denis Dragus diqqətini AVRO-2024-ə yönəltdiyini bildirib. Dragus, “Transfer mövsümü hələ açılmayıb. Bütün diqqətimi çempionluğa yönəltmişəm. Türkiyəni çox sevirəm” dedi.

Sporaz.tv xəbər verir ki,  Rumıniya 2024-cü il futbol üzrə Avropa çempionatına Ukrayna üzərində 3:0 hesablı qələbə ilə başlayıb.

Matçdan sonra Rumıniya Milli Komandasının futbolçusu Denis Dragus TRT Sporun suallarını cavablandırıb.

“Yeni mövsümdə sizi “Trabzonspor”da görə bilərikmi? sualına Dragus “Bəlkə. Bilmirəm, amma baxarıq. Transfer mövsümü hələ açılmayıb. Bütün diqqətimi çempionluğa yönəldirəm. Türkiyəni çox bəyənirəm” deyib.
Super Liqada əvvəlki mövsümü Qaziantep FK forması ilə tamamlayan Denis Dragus ümumilikdə 42 matçda iştirak edib.

Dragus bu matçlarda 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

24 yaşlı futbolçu AVRO-2024-də Ukraynanı məğlub etdikləri matçda son qolu vurub.

Bahar Rüstəm