Bakı, 6 noyabr, Sporaz.tv
“Galatasaray”(Qalatasaray)-ın futbolçusu Davinson Sanchez, yay aylarında transfer söz-söhbətlərinin olduğunu və hazırda bütün diqqətini sarı-qırmızılı komandaya yönəltdiyini bildirib.
Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının 4-cü həftə matçında sabah “Galatasaray” Premyer Liqa təmsilçisi “Tottenham”-ı qəbul edəcək.
Qarşılaşmadan əvvəl sarı-qırmızılı komandanın təcrübəli futbolçusu Davinson Sanchez mətbuat konfransında sualları cavablandırıb.
“Real Madrid” və “Napoli” ilə bağlı transfer iddiaları ilə bağlı sualı cavablandıran Sanchez: “Bu spekulyasiyalar hər zaman çox danışılır. Bütün fikrimi “Galatasaray”-a yönəltmişəm. Yayda belə söz-söhbətlər var idi. Marağın olması yaxşı haldır. Bu, bizim yaxşı işlədiyimizi və komandanın yaxşı getdiyini göstərir.”- o cavab verdi.
Sanchez həmçinin: “Liqada yaxşı çıxış edirik və Avropada da bunu göstərmək istəyirik. Bədənim, ağlım və ruhumla “Galatasaray”-yam”- deyə o açıqlama verib.
Davinson Sanchez bu mövsüm “Galatasaray”-ın heyətində 10 matçda forma geyinib.
28 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.