“Davinson Sanchez”in ölkəsi rəqibinə qol yağdırdı

Bakı, 16 oktyabr, Sporaz.tv

Cənubi Amerika Dünya Çempionatının seçmə mərhələsinin 10-cu həftəsində Kolumbiya öz meydanında Çilini 4:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, Cənubi Amerika Dünya Çempionatının seçmə mərhələsində Kolumbiya Çilini qəbul edib.

Qarşılaşmada hesabı Galatasaray (Qalatasaray)-ın formasını geyinən Davinson Sanchez açıb. 34-cü dəqiqədə rəqib qapısına göndərdiyi dəqiq zərbə ilə komandasını 1:0 önə keçirməyi bacarıb.

Kolumbiyanın digər qollarını 52-ci dəqiqədə Luis Diaz, 82-ci dəqiqədə Jhon Duran və 90+2 dəqiqədə Luis Sinisterra vurub.

Kolumbiya millisi bu qarşılaşmadan sonra qalib gələrək xallarını 19-a yüksəldib və 2-ci pillədə qərarlaşıb.

Çili isə 5 xalla sonuncu yerdədir.