Bakı, 7 iyul, Sporaz.tv
“Beşiktaş” “Rennes“də çıxış edən Bertuğ Yıldırımı transfer etmək üçün hərəkətə keçib.
Sporaz.tv məlumat verir ki, Yusuf Yazıcı, Okay Yokuşlu və Oğuz Aydını da siyahısına əlavə edən “Beşiktaş” ən azı 2 adla razılığa gəlmək istəyir.
En-Nesyrin transferi ilə “Fenerbahçe” sona çatdı. Mərakeşli hücumçunun tezliklə səhhətinin yoxlanılacağı gözlənilir.
Fredi gücləndirmək istəyən Fenerbahçedə namizədlər üçə endirildi: Gerson, Weston McKennie ve Filip Kostic.
“Beşiktaş” “West Bromwich”də çıxış edən Okay Yokuşlunun meneceri ilə görüşüb və futbolçunun şərtlərini soruşub. Türkiyəli futbolçu “Beşiktaş”a da yaşıl işıq yandırıb.
“Galatasaray ” Guela Doue üçün Rennesə etdiyi 6 milyon avroluq təklifi yeniləmək və transferi bu həftə tamamlamaq istəyir.
En-Nesyri Jose Mourinho ilə telefon danışığından sonra Al-Qadsiahın illik 6 milyon avrodan çox maaş təklifini rədd edib.
“Beşiktaş” Hermoso transferini tamamlaya bilməsə, Raphael Varane müraciət edəcək.
“Fenerbahçe” Allan Saint-Maximin üçün rəsmi cəhdlərə başlayıb. Sarı-göylülər futbolçunun 12 milyon avro maaşının yarısını ödəməyi öhdəsinə götürüb. ()
“Everton” Davinson Sanchez üçün “Galatasaray “a 18 milyon avro təklif edib. Sarı-qırmızılılar bu rəqəmi rədd etdilər.