David De Gea 446 gün sonra ilk matçına çıxa bilər

Bakı, 22 avqust, Sporaz.tv

İtaliya A Seriyasının “Fiorentina” komandası ilə müqavilə imzalayan David De Gea bu axşam yeni komandası ilə ilk matçına çıxa bilər. De Xea “Puskas Akademia” matçında oynasa, 446 gündən sonra matça çıxacaq.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda bu axşam “Fiorentina” “Puskas Akademia”nı qəbul edəcək.

İtaliya komandasının yeni transferi David De Gea bu axşam ilk matçına çıxa bilər.

“Manchester United”lə müqaviləsi başa çatdıqdan sonra heç bir komanda ilə müqavilə imzalamayan David De Gea 2023/24 mövsümündə oynamayıb.

Təcrübəli qolkiper bu ayın əvvəlində İtaliya A Seriyasının “Fiorentina” komandası ilə 1 illik opsiya ilə 2 illik müqavilə imzalayıb.

2023-cü ildə son oyununu keçirən David De Gea bu axşam oynasa, 446 gün sonra matça çıxmış olacaq.

De Geanın bu axşam “Fiorentina”da ilk matçına çıxacağı gözlənilir.

David De Xea “Fiorentina” ilə müqavilə bağlamazdan əvvəl “Manchester United”dəki son matçını F.A.-ya qarşı keçirdi. O, kubokun finalında “Mançester Siti” ilə qarşılaşıb.

Həmin görüşdə 2:1 hesabı ilə qalib gələn “Manchester City” kuboku öz muzeyinə aparıb.

Bahar Rüstəm