Danimarkanın ümidi Hojlund

Bakı,31 may,Sporaz.tv

Danimarka millisi AVRO-2024 üçün heyətini açıqlayıb. Əvvəlki Avropa çempionatında infarkt keçirən Christian Eriksen  də heyətdə yer alıb. Komandanın ən böyük ümidi Hojlunddur.

Sporaz.tv məlumat verir ki,bu mövsüm “Manchester United“(Mançester Yunayted)də oynamaq şansı olmayan 32 yaşlı Eriksen yenə komandanın ən nüfuzlu adlarından biri olacaq.

Eriksen 2021-ci ildə keçirilən Finlandiya matçı zamanı qəflətən yıxılıb və infarkt keçirib. Sonradan sağalmış ulduz futbolçu karyerasını qaldığı yerdən davam etdirib.

Eriksenlə yanaşı, onun komanda yoldaşı Hojlund da komandanın ən önəmli qolçularından biri olacaq.

Sloveniya, İngiltərə və Serbiya ilə eyni qrupda yer alan Danimarkada “Celtic“dən İngiltərə əsilli Matt O’Rileyin  heyətə daxil edilməməsi sürpriz hesab edilib.

“Brugge”dən qanad Andreas Skov Olsen, Brentford’dakı çətin mövsümdən sonra Mikkel Damsgaard da millinin heyətinə daxil edilib. Heyətdəki digər önəmli isim isə “Milan“dan ayrılan “Fenerbahçe“(Fənərbaxça)/nın sabiq futbolçusu Simon Kjaerdir.