“Galatasaray”a danimarkalı yarımmüdafiəçi

Bakı, 28 iyul, Sporaz.tv

Galatasaray“ın yarımmüdafiəçinin transferi üçün “Genoa“nın danimarkalı futbolçusu Morten Frendrupla maraqlandığı iddia edilir.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” yeni mövsüm öncəsi yarımmüdafiəçi mövqeyini gücləndirmək istəyir.

“Sarı-qırmızılılar” indiyədək Michy Batshuayi və Elias Jelerti transfer etsə də, Hakim Ziyechin transfer haqqını da alıblar.

Yarımmüdafiə üçün “Zenit”in braziliyalı futbolçusu Wendeli istəyən “Galatasaray” Rusiya komandasının yüksək transfer tələbindən sonra transferdən geri çəkilib. “Sarı-qırmızılar” Rios, McTominay və Florentino Luislə də maraqlanır. Ancaq İtaliya mətbuatından yeni iddia gəldi.

“Galatasaray” “Genoa”nın danimarkalı yarımmüdafiəçisi Morten Frendrupla maraqlanır.

23 yaşlı oyunçunun bazar dəyəri 15 milyon avrodur və onun Genoa ilə 2027-ci ilə qədər müqaviləsi var. “Genoa” “West Ham”in Frendrup üçün göndərdiyi 25 milyon avroluq təklifi rədd edib.

“Genoa”da 89 matça çıxan Frendrup 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bahar Rüstəm