Danimarka Serbiyaya şans vermədi

Bakı, 8 sentyabr, Sporaz.tv

Millətlər A Liqasının 4-cü qrupunun ikinci oyununda Danimarka Serbiyanı 2:0 hesabı ilə məğlub edib. Qrupda keçirdiyi iki görüşdə 4 qol vuran “qırmızı-ağlar” qapısını təmiz saxlayıb.

Sporaz.tv xəbər verir ki, Millətlər Liqasında ikinci qrup oyunlarına start verilib. A Liqasının 4-cü qrupunun ikinci oyununda Parken stadionunda Danimarka və Serbiya yığmaları üz-üzə gəlib.

36-cı dəqiqədə Albert Gronbaek və 61-ci dəqiqədə Poulsenin vurduğu qollarla meydan sahibləri qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.

Qrupun hər iki oyununda qalib gələn Danimarka xallarını 4-ə çatdırıb. Serbiya isə 1 xalda qalıb. Qrupun üçüncü oyununda Danimarka səfərdə İspaniya ilə qarşılaşacaq. Serbiya İsveçrəni qəbul edəcək.

Bahar Rüstəm

Leave a Reply