Danimarka istədiyini aldı

Bakı, 26 iyun, Sporaz.tv

2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO-2024) C qrupunun üçüncü və sonuncu oyununda Danimarka Serbiya milliləri 0:0 hesablı heç-heçə edib. Serbiya turnirlə vidalaşsa da, Danimarka son 16 tura yüksəlib.

Sporaz.tv məlumat verir ki, Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-də C qrupunun üçüncü və sonuncu oyununda Danimarka və Serbiya milliləri qarşılaşıb. Münhen Futbol Arenasında keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb.

İngiltərə və Sloveniyanın da olduğu qrupda hər üç matçda heç-heçə edən Danimarka 3 xalla qrupu ikinci pillədə başa vurub. İlk oyununda İngiltərəyə uduzan, daha sonra Sloveniya və Danimarka ilə heç-heçə edən Serbiya 2 xalla sonuncu olub.

Danimarka Milli Futbol Komandası 10-cu dəfə qatıldığı Avropa Çempionatında 5-ci dəfə qrupdan çıxmağı bacarıb.

1980-ci ildən qruplarda oynanılmağa başlayan turnirdə daha əvvəl dörd dəfə qrupdan vəsiqə qazanan Danimarka bir dəfə çempion olub, iki dəfə yarımfinalda, bir dəfə isə dörddəbir finalda oynamağı bacarıb.

Danimarka turnirdə 5-ci dəfə qrup mərhələsinə yüksəlib.

Son Avropa çempionatında yarımfinala yüksəlməyi bacaran Danimarka son 16 turda ev sahibi Almaniyanın rəqibi olub.

A qrupunu lider kimi başa vuran Almaniya və Danimarka 29 iyun şənbə günü 1/4 finala yüksəlmək üçün mübarizə aparacaq.

Serbiya Yugoslavyanın dağılmasından və Monteneqro ilə ayrıldıqdan sonra ilk Avropa Futbol Çempionatının qrup mərhələsi ilə vidalaşıb.

Fenerbahçe“nın futbolçusu Dusan Tadicin kapitanı olduğu Serbiya millisi ilk dəfə AVRO-2024-də Avropa çempionatında mübarizə aparıb.

Dünyaca məşhur serb tennisçi Novak Djokovic matçı tribunadan izləyib.

Matçdan əvvəl Münhen Futbol Arenasına gələn dünyanın 2 nömrəsi Djokovic meydanda isinmə hərəkətləri etdikdən sonra soyunub-geyinmə otağına daxil olan serb futbolçularla bir-bir əl sıxıb.

Djokovic matçı protokol tribunasında Serbiya Millisinin forması ilə izləyib.