Bakı,1 iyun,Sporaz.tv
İspaniyanın “Athletic” klubu müdafiəçisi Daniel Vivian ilə müqavilə müddətini uzadıb.
Sporaz.tv məlumat verir ki, xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.
24 yaşlı futbolçu son mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Vivian İspaniya millisinin AVRO-2024 üçün ilkin heyətinə daxil edilib.
Mənbə: Report