Daniel Vivian ilə müqavilə müddəti uzadılıb

Bakı,1 iyun,Sporaz.tv

İspaniyanın “Athletic” klubu müdafiəçisi Daniel Vivian ilə müqavilə müddətini uzadıb.

Sporaz.tv məlumat verir ki, xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.

24 yaşlı futbolçu son mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Vivian İspaniya millisinin AVRO-2024 üçün ilkin heyətinə daxil edilib.

Mənbə: Report