“Daniel Amartey”in istəyi Bronckhorstu çaşdırdı

Bakı, 9 avqust, Sporaz.tv

Beşiktaşın diqqətdən kənarda qalan adlarından Daniel Amartey, Giovanni van Bronckhorstdan şans istəyib. Texniki heyət qanalı futbolçunun bu istəyinə qarşı qərarsız qalıb.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş“a göndəriləcək siyahıda yer alan Onana ona verilən şansdan yaxşı istifadə etdikdən sonra Daniel Amartey də yeni şans istəyib.

Daniel Amartey, özünü sübut etmək üçün Giovanni van Bronckhorstdan 3 matça çıxmasını istəyib. Qanalı futbolçunun bu istəyi və komandada qalmaq istəyi texniki heyəti qərarsız qoyub.

Digər tərəfdən, Muçi, Muleka, Abubakar Amir və Zaynutdinov üçün təkliflərə əsasən “Beşiktaş”ın heyəti dəqiqləşəcək. Bu futbolçuların komandadan ayrılan vəziyyəti nəzərə alınaraq yeni transferlər həyata keçiriləcək.