“Dani Olmo”nun sərbəst qalma haqqı dodaq uçuqlatdı

Bakı, 9 avqust, Sporaz.tv

Barcelona“, “Leipzig“(Leypsiq)dən Dani Olmonun transferini rəsmən açıqlayıb. Dani Olmo üçün Leipzigə 55 milyon avro ödəyən Dani Olmonun sərbəst qalma məbləği 500 milyon avro olaraq təyin edilib.

Sporaz.tv məlumat verir ki, “Barcelona”nın infrastrukturunda məşq edən, daha sonra “Dinamo Zagreb“ə, oradan da Leipzigə keçən Dani Olmo, 10 ildən sonra Kataloniya komandasına qayıdıb.

“Barcelona”, rəsmi olaraq Dani Olmonu transfer etdiyini açıqlayıb. Kataloniyalılar transfer üçün “Leipzig”ə 55 milyon avro ödəyib.

26 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayarkən, futbolçunun sərbəst qalma məbləği 500 milyon avro olaraq müəyyənləşib.

2023-24 mövsümündə 25 matçda meydana çıxan və 1715 dəqiqə meydanda qalan Dani Olmo, 8 qol və 5 məhsuldar ötürmə statistikasına imza atıb.