Dani Olmonun müqaviləsindəki kritik maddə

Bakı, 16 iyul, Sporaz.tv

Bundesligada “Leipzig“də çıxış edən Dani Olmo ilə Avropanın bir çox komandaları maraqlanır. Olmonun müqaviləsindəki 60 milyon avroluq sərbəst qalma maddəsi iyulun 20-də başa çatır.

Sporaz.tv xəbər verir ki, 2024-cü il Avropa Futbol Çempionatında İspaniya ilə çempionluq qazanan Dani Olmo bu yay Leipzigdən ayrıla bilər.

Avropadan bir çox komandanın maraqlandığı ispan yarımmüdafiəçiyə son namizəd “Bayern Münhen“idir.

“Münhen Bayern”-nın prioritetinin Xavi Simmons və Desire Doue olmasına baxmayaraq, razılıq əldə olunmasa, Bavariya komandasının Olmoya üz tutacağı bildirilib.

60 milyon avroluq sərbəst qalma müddəasının iyulun 20-dək qüvvədə olduğu və bu tarixdən sonra Leipzigin Olmo üçün bazar dəyərindən aşağı olan təklifi qəbul etməyəcəyi qeyd edilib.

Dani Olmonun hazırkı bazar dəyəri 50 milyon avro olaraq təyin olunub. İspan futbolçu ilə “Barcelona” və Manchester City (Mançester Siti)- də maraqlanır.