Bakı, 6 oktyabr, Sporaz.tv
“Real Madrid“, müqaviləsinin son ilində olan 32 yaşlı Dani Carvajalın müqaviləsinin 1 il müddətinə uzadıldığını açıqlayıb.
Sporaz.tv məlumat verir ki, “Real Madrid” infrastrukturunda böyüdükdən sonra 2012-ci ildə “Bayer Leverkuzen“-ə satılan, lakin bir ildən sonra 6,5 milyon avroya geri alınan Dani Carvajal, paytaxt komandası ilə müqaviləsinin son ilinə qədəm qoydu.
Digər tərəfdən, “Real Madrid”, rəsmi olaraq Dani Carvajalın müqaviləsinin 2025-26 mövsümünün sonuna qədər uzadıldığını açıqlayıb.
32 yaşlı Dani Carvajal La Liqada “Villarreal“-la matçda zədələnib və uğurlu sağ cinah müdafiəçisinin çarpaz bağları qopub.
Carvajal mövsümün qalan hissəsində oynaya bilməyəcək.