Bakı, 28 oktyabr, Sporaz.tv
Misli Premyer Liqasının XI turunda “Şamaxı” səfərdə “Qarabağ”ın qonağı olub.
Sporaz.tv xəbər verir ki, 3-0 hesabı ilə bitən qarşılaşmadan sonra “Şamaxı“nın üzvü Leroy Mikelsin oyunla bağlı təəssüratlarını bölüşüb:
–Oyun haqqında düşüncələriniz nələrdir?
-“Qarabağ” yaxşı komandadır. Çətin oyun oldu. İlk qoldan sonra reaksiya göstərməyə çalışdıq, amma 2-ci qoldan sonra bizim üçün daha çətin oldu.
–Liqaya uğursuz başlasanız da, irəlidəki zamanlarda yaxşı çıxış etdiniz. Amma son 3 oyundur ki, məğlub olursunuz. Bu zəifləmənin səbəbini nədə görürsünüz?
–Əlbəttədə ki, daha çox çalışmalıyıq. Digər komandalar daha çox çalışıb, inkişaf edirlər. Bizdə onlarla ayaqlaşmalıyıq. Futbolda məğlubiyyət var, daha yaxşı formada geri qayıtmağa çalışacağıq.
–“Zirə” ilə olan oyunla bağlı nə düşünürsünüz?
– “Zirə” ilə olan matç heç də asan olmayacaq. Əgər onlara qarşı müqavimət göstərməsək, bizim üçün çətin olacaq.