Daha bir cüdoçumuz olimpiya çempionu olub

Bakı, 1 avqust, Sporaz.tv


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Sporaz.tv “Report“-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.