Cyril Ngonge kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Bakı, 16 avqust, Sporaz.tv

Napoli“də çıxış edən cinah oyunçusunun “Galatasaray“(Qalatasaray)-ın transfer gündəmində olduğu iddia edilirdi. Komandası ilə 2028-ci ilə qədər müqaviləsi olan Ngonge güclü bədən quruluşu və cəldliyi ilə diqqət çəkir. O, cinah mövqeyində oynamaqla yanaşı, həm mərkəz hücumçusu, həm də hücumçu arxasında oynaya bilir. Bəs Ngonge kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Sporaz.tv məlumat verir ki, Ngonge, 26 may 2000-ci ildə Belçikada anadan olub. Effektiv sol ayağı ilə tanınan futbolçu müxtəlif yaş kateqoriyalarında Belçika millisində çıxış edib.

Peşəkar karyerasına Anderlecht infrastrukturunda başlayan futbolçu 14-15 mövsümündə “Club Brugge”yə transfer olunub.

2020-2021 mövsümündə “Brugge” klubundan “RKC Waalwijk”ə transfer olunan futbolçu “Groningen”, “Hellas Verona”, “Napoli” kimi komandalarda çıxış edib.

2023-2024 mövsümündə 35 matçda meydana çıxan futbolçu 7 qol vurub, 3 məhsuldar ötürmə edib.