Cüdoçumuz Paris: 2024 turnir ilə vidalaşmalı olub

Bakı, 28 iyul, Sporaz.tv

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sporaz.tv xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan G.Məmmədəliyeva turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirdə mübarizəni erkən dayandırıb.

Mənbə: Report