Bakı, 12 oktyabr, Sporaz.tv
Meksika millisinin sabiq futbolçusu Cuauhtemoc Blanco təcavüzə cəhddə ittiham olunur.
Sporaz.tv xəbər verir ki, bu barədə “El Financiero” nəşri məlumat yayıb.Hazırda siyasətçi olan keçmiş hücumçunun ögey bacısı iddia irəli sürüb.
Qadın daha əvvəl qubernator vəzifəsində çalışmış Blanconun ona təzyiq göstərdiyini və işdən çıxarmaqla hədələdiyini bildirib.
Morelos əyalətinin Baş Prokurorluğu məsələ ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, 1995 – 2014-cü illərdə Meksika yığmasının formasını geyinən Cuauhtemoc Blanco 1999-cu ildə komanda ilə Konfederasiyalar Kubokunu qazanıb.
Mənbə: Report