Cristiano Ronaldonun komandasının yeni baş məşqçisi bəlli olub

Bakı, 18 sentyabr, Sporaz.tv

Səudiyyə Ərəbistanı komandalarından olan Al Nassr (Əl Nassr)-in yeni məşqçisi bəlli olub.

Sporaz.tv xəbər verir ki, Cristiano Ronaldonun çıxış etdiyi Al Nassr (Əl Nassr)-də məşqçi dəyişikliyi olub.

Luis Castro ilə yollarını ayıran Al Nassr (Əl Nassr), texniki direktor vəzifəsinə Stefano Piolinin təyin edildiyini açıqlayıb.

Keçən may ayında “Milan”la yollarını ayırandan bəri boş qalan italyan məşqçiyə mövsümü 6-7 milyon avroya 3 illik müqavilə təklif edildiyi bildirilib.

Leave a Reply