“Cristiano Ronaldo”dan qol rekordu

Bakı,28 may,Sporaz.tv

Al Nassr(Əl-Nassr)-ın ulduzu Cristiano Ronaldo, bu mövsüm vurduğu 35 qolla Səudiyyə Ərəbistan Pro Liqasının tarixinə düşüb.

Sporaz.tv xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu adını alıb.

Al Nassr (Əl Nassr) mövsümün son həftəsində evdə qəbul etdiyi “Al İttihad“ı portuqaliyalı ulduz Ronaldo (2), Abdulrahman Ghareeb və Meshari Al Nemerin qolları ilə 4:2 hesabı ilə məğlub edib.

Bu mövsüm 31 matçda meydana çıxan və 35 qol vuran 39 yaşlı Ronaldo Səudiyyə Ərəbistanı Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Ronaldo eyni zamanda dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanı) bombardiri olan ilk oyunçu olub.