Cristiano Ronaldodan keçmiş məşqçisinə tənqid

Bakı, 11 sentyabr, Sporaz.tv

Cristiano Ronaldo deyib ki, Erik ten Hagın “Manchester United”(Mançester Yunayted)-in titul uğrunda mübarizəsi ilə bağlı dedikləri yanlışdır. “Bəlkə də belə vəziyyətdə ola bilərsən, amma bunu deməməlisən”, – Ronaldo deyib.

Sporaz.tv məlumat verir ki, karyerasını Səudiyyə Ərəbistanının “Al-Nassr“(Əl-Nəsr) komandasında davam etdirən Cristiano Ronaldo, keçmiş klubu “Manchester United”-in çalışdırıcısı Erik ten Hagı tənqid edib.

Portuqaliyalı ulduz, Erik ten Haqın “Manchester United”-in çempionluq mübarizəsi ilə bağlı dediyi sözlərin yanlış olduğunu bildirib.

“Manchester United”-in keçmiş oyunçularından Rio Ferdinandın podkastına qonaq olan Ronaldo, “Manchester United”-in yenidən strukturlaşmaya ehtiyacı var. Erik ten Hag liqada çempionluq və Çempionlar uğrunda mübarizə apara bilməyəcəklərini söyləyib. “Manchester United”-in baş məşqçisi bunu deyə bilməz”. deyə o, açıqlama verib.

Ronaldo: “Bəlkə belə vəziyyətdə ola bilərsən, amma bunu deməməlisən. Çalışacağıq, cəhd etməliyik deyə bilərsən”- deyib.

Cristiano Ronaldo, iki fərqli dövrdə “Manchester United”-də çıxış edib. Ulduz futbolçu “Manchester United”-də 346 oyun keçirib və 145 qol vurub, 64 məhsuldar ötürmə edib.

Ronaldo, Manchester United ilə Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku, İngiltərə Liqa Kuboku (2), Community Shield və Premyer Liqa (3) titullarını qazandı.

2021-ci ildə “Manchester United”-ə qayıdan Ronaldo, 2022-ci ilin noyabrında Erik ten Hagla yaşadığı problemlərdən sonra komandadan ayrılıb.

Leave a Reply