Cristiano Ronaldodan flaş qərar

Bakı, 27 avqust, Sporaz.tv

Al-Nassr“da çıxış edən Cristiano Ronaldo, karyerası ilə bağlı diqqət çəkən açıqlamalar verib. Ronaldo, futboldan ayrılacağı komandanı və təqaüddən sonrakı planlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, 2023-cü ilin əvvəlində “Al-Nassr”a yollanan Cristiano Ronaldo, Səudiyyə Ərəbistanı komandası ilə 2,5 illik müqavilə imzalayıb.

Müqaviləsinin son ilinə qədəm qoyan 39 yaşlı portuqaliyalı ulduz, karyera planı ilə bağlı önəmli açıqlamalar verib.

Portuqaliya Milli Komandası ilə gələcəyi haqda danışan Ronaldo: “Milli komandadan ayrılmaq qərarım barədə heç kimə əvvəlcədən məlumat verməyəcəyəm. Bu, mənim üçün kortəbii, eyni zamanda çox düşünülmüş qərar olacaq”- deyib.

Digər tərəfdən Cristiano Ronaldo, futbolu buraxdıqdan sonra məşqçi olmaq istəmədiyini açıqlayıb.

Portuqaliyalı ulduz: “Gələcəyimin ora gedəcəyini düşünmürəm. Özümü futboldan kənarda başqa işlərlə məşğul olarkən görürəm, amma gələcəyin necə olacağını ancaq Allah bilir”- deyib.

Nəhayət, futboldan və komandadan ayrılacağı tarixə toxunan 39 yaşlı Ronaldo: “Təqaüdün tezliklə və ya 2-3 ildən sonra olacağını bilmirəm. Böyük ehtimalla karyeramı Al-Alssrda bitirəcəyəm. Nassr Səudiyyə Ərəbistanı Liqasında oynadığım üçün çox xoşbəxtəm və davam etmək istəyirəm.”- sözlərini bildirib.