Cristiano Ronaldo növbəti dəfə tarix yazdı

Bakı, 6 sentyabr, Sporaz.tv

Millətlər Liqası A Liqasının 1-ci qrupunun ilk oyununda Portuqaliya Xorvatiyanı qəbul edib və matçda 2-1 qalib gəlib. Portuqaliyaya qələbə qazandıran qolu vuran Cristiano Ronaldo növbəti dəfə tarixə düşüb.

Sporaz.tv xəbər verir ki, Bu gün keçirilən oyunlarla Millətlər Liqasına start verilib. A Liqasının 1-ci qrupunda yer alan Portuqaliya və Xorvatiya “Estadio da Luz”da üz-üzə gəlib.

Portuqaliya 7-ci dəqiqədə Diogo Dalotla önə keçib, 34-cü dəqiqədə Ronaldo ilə fərqi 2-yə yüksəldib. Xorvatiya 41-ci dəqiqədə Dalotun avtoqolu ilə fərqi 1-ə endirib. Portuqaliya 2-1 hesabı ilə qalib gələrək Millətlər Liqasına qələbə ilə başlayıb.

39 yaşlı Cristiano Ronaldo Portuqaliya millisinin heyətində ikinci qolu vurmaqla yenidən tarixə düşüb.

Təcrübəli ulduz karyerasında 900-cü qolunu vurub. Ronaldo futbol tarixində 900 qol vuran ilk futbolçu oldu.

Bahar Rüstəm

Leave a Reply