Cristian Medina üçün qərar

Bakı, 4 sentyabr, Sporaz.tv

Boca Junior“(Boka Xuniors)-un “Fenerbahçe“(Fənərbağça)-nin Cristian Medina üçün son təklifini rədd etdiyi bildirilib. Argentinalı futbolçunun yanvar ayına qədər “Boca Juniors”-da icarə əsasında çıxış edə biləcəyi bildirilib.

Sporaz.tv məlumat verir ki, “Boca Juniors” yarımmüdafiəçi transferi ilə bağlı “Fenerbahçe”-nin gündəmində olan adlardan biri olan Cristian Medina üçün qərarını verib.

Argentina komandasının “Fenerbahçe”-yə son təklifi olan 15 milyon dollar və növbəti satışda yüzdə 20 pay təklifinin rədd edildiyi bildirilib.

“Fenerbahçe”-nin Medinanı heyətinə qatmaq istədiyi və bir daha təklif edəcəyinin gözlənildiyi, lakin gənc futbolçunu UEFA heyətinə yaza bilmədiyi üçün fərqli bir düsturun gündəmə gələ biləcəyi ifadə edildi.

Yanvar ayına qədər Medinanı “Boca Juniors”-a icarəyə verə biləcək təklifin qəbul oluna biləcəyi iddia edilərkən, Argentina komandasının transfer tələbinin 20 milyon dollar olduğu bildirilib.