“Çorum”da qalib gələn yoxdur

Bakı,21 may,Sporaz.tv

Trendyol 1-ci Liqasının pley-off mərhələsinin 2-ci turunun ilk oyununda Ahlatcı Çorum FK öz meydanında “Bodrumspor“la 1:1 hesablı heç-heçə edib. İki komanda arasında cavab qarşılaşması mayın 24-ü, cümə günü saat 16:00-da Bodrumda oynanılacaq.

Sporaz.tv məlumat verir ki,Trendyol 1-ci Liqasında ikinci mərhələnin pley-off həyəcanı yaşanır.

Ahlatcı Çorum Futbol Klubu ilə Bodrum Futbol Klubu matçın ilk qarşılaşmasında onu üstələyib.Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçın ilk qolu 47-ci dəqiqədə Səməd Yalçın vurub və “Bodrumspor”u 1-0 önə keçirən ilk qolu vurub.Meydan sahibləri Atakan Akkaynak 47-ci dəqiqədə hesabı bərabərləşdirib.Çorum FK-nın futbolçusu Ahmet İlhan Özek 64-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə tərk edib.

İki komanda arasında cavab qarşılaşması mayın 24-ü, cümə günü saat 16:00-da Bodrumda oynanılacaq.Ahlatcı Çorum Futbol Klubu normal mövsümü 56 xalla 5-ci yerdə başa vurub.
Serkan Özbaltanın yetirmələri pley-off mərhələsinin ilk mərhələsində “Kocaelispor“u 2:1 hesabı ilə məğlub edərək yollarına davam edib.

Ötən mövsüm Trendyol 1-ci Liqasına yüksələn “qırmızı-qaralar” yeni uğur hekayəsi ilə Superliqaya addım atmağı hədəfləyir.Bodrum Futbol Klubu normal mövsümü 57 xalla 4-cü pillədə başa vurub. Pley-off mərhələsinin ilk turunda “Boluspor”a 2:0 hesabı ilə qalib gələn İsmət Taşdemirin komandası ikinci dövrəyə viza alıb.

Ötən mövsüm pley-off finalında “Pendikspor”a uduzan və Superliqanın qapısından dönən Ege təmsilçisi bu dəfə məqsədinə çatmağı hədəfləyib.İki komanda arasında müntəzəm mövsümdə keçirilən qarşılaşmalarda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Turu keçən komanda mayın 30-da Trendyol 1-ci Liqasının pley-off finalında “Sakaryaspor“la qarşılaşacaq.