Contenin istədiyi ilk ad “Fenerbahçe”nin ulduzu olub

Bakı, 17 iyun, Sporaz.tv

Jose Mourinhodan əvvəl “Fenerbahçe” kimi tanınan Antonio ConteNapoli“nin baş məşqçisi vəzifəsinə keçib. Dünyaca məşhur məşqçinin transfer üçün istədiyi ilk adlardan biri də “Fenerbahçe“nin ulduzu olub.

Sporaz.tv məlumat verir ki, Jose Mourinho ilə hələ anlaşa bilməyən “Fenerbahçe”nin gündəmində olduğu iddia edilən Antonio Conte “Napoli”yə yollanırdı.

Komandalarında 3 nəfərlik müdafiə sistemi ilə oynayan Conte “Fenerbahçe”nin ulduzunun transferi üçün hesabat verib.

İtalyan məşqçinin sol müdafiəçi mövqeyinə Jayden Oosterwolde təyin etdiyi iddia edilib.

Contenin Oosterwoldeni çox istədiyi bildirilir, çünki o, Parma kökünə görə İtaliya futbolunu bilir.

Xəbərdə “Napoli”nin qısa müddətdə “Fenerbahçe”yə 15 milyon avroluq təklif edəcəyi iddia edilib.

Yeni mövsümdə bütün yarışlarda çempionluğu hədəfləyən “Fenerbahçe”, astronomik təklif gəlməyincə Oosterwoldeni satmayacaq.

Oosterwolde ötən mövsüm “Fenerbahçe”nın heyətində 43 oyun keçirib. 23 yaşlı futbolçu bu görüşlərdə 2 qol vurub.

Bahar Rüstəm