“Conor McGregor”un meydanlara dönüşü təxirə salınıb

Bakı, 16 iyun, Sporaz.tv

Keçmiş UFC dünya çempionu “Conor McGregor“un meydanlara geri dönüşü təxirə salınıb.
Sporaz.tv xəbər verir ki, İrlandiyalı döyüşçü zədəsi səbəbindən iyunun 29-da “Michael Chandler”ə qarşı keçirəcəyi döyüşün təxirə salındığını açıqlayıb.

Mətbuat konfransı öncəsi yenidən zədələndiyini deyən döyüşçü, təxirə salma qərarının onun üçün asan olmadığını bildirib. “Tərəfdarlarım və rəqibim məni ən yaxşı halda görməyə layiqdirlər.” Sabiq dünya çempionu zədəsi bitdikdən sonra yenidən döyüşəcəyini də bildirib.

2021-ci ilin iyulundan döyüşə çıxa bilməyən 35 yaşlı Conor McGregor,son matçında Dustin Poirier ilə qarşılaşıb və həmin görüşdə ayağı sınıb.