Bakı, 10 noyabr, Sporaz.tv
İngiltərə Premyer Liqasının 11-ci həftəsində Manchester City (Mançester Siti) səfərdə Brighton (Brayton)-a 2:1 hesabı ilə məğlub olub.
Sporaz.tv xəbər verir ki,”American Express” stadionunda keçirilən matçda Brighton (Brayton)-nun qollarını 78-ci dəqiqədə Joao Pedro , 83-cü dəqiqədə isə Matt O’Riley vurub. Manchester təmsilçisinin yeganə qoluna 23-cü dəqiqədə Erling Haaland imza atıb.
Bu nəticə ilə Manchester City (Mançester Siti) 2006-cı ilin avqustundan bəri ilk dəfə bütün yarışlarda ardıcıl 4-cü məğlubiyyətlə meydanı tərk edib. İngiltərə təmsilçisi liqada “Bournemouth ” (2:1) və “Brighton ” (2:1), İngiltərə Liqa Kubokunda “Tottenham” (2:1), UEFA Çempionlar Liqasında isə “Sporting Lizbon” (4:1) klublarına məğlub olub.
“City”-nin ispaniyalı çalışdırıcısı Pep Guardiola da məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.