Ciro İmmobilenin transferi üçün tarix verdilər

Bakı, 12 iyul, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Lazio“da çıxış edən Ciro İmmobileBeşiktaş“la müqavilə imzalamağa hazırlaşır. İtaliya mətbuatı təcrübəli hücumçunun transferinin qısa müddətdə tamamlanacağını açıqlayıb.

 Sporaz.tv məlumat verir ki, transfer dövründə indiyədək Rafa Silva və Gabriel Paulistanı heyətinə qatan Beşiktaş, Ciro İmmobile ilə müqavilə imzalama mərhələsinə çatıb.

Ağ-qaraların qısa müddətdə Immobile transferini tamamlayacağına diqqət çəkilərək, “Bu gün, ən geci sabah Immobile-nin Beşiktaş macərası başlayacaq”-ifadələrdən istifadə edilmişdir.

Xəbərdə Beşiktaş idarəçilərinin transferi tamamlamaq üçün dünən Romaya getdiyi və son detalların müzakirə edildiyi bildirilib.

“Beşiktaş”ın “Lazio”ya 2,5 milyon avro, Ciro İmmobileyə isə illik 6 milyon avro transfer haqqı ödəyəcəyi qeyd edilib.

Ötən mövsüm “Lazio”nun heyətində 43 matça çıxan Çiro İmmobile 11 qol vurub və 1 məhsuldar ötürmə edib. İmmobile karyerası ərzində “Sevilla“, “Torino”, “Borussia Dortmund“, “Juventus“, “Genoa”, “Pescara”, “Grosseto” və “AC Siena”da da çıxış edib.