Ciro Immobile qol vurmağa davam edir

Bakı, 18 avqust, Sporaz.tv

Karyerasına “Beşiktaş” forması ilə sürətlə başlayan Ciro İmmobile Superliqadakı “Antalyaspor” matçının ilk yarısında 2 qol vurub.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın heyətində 3-cü rəsmi matçını “Antalyaspor”a qarşı keçirən Ciro Immobile qol vurmağa davam edir.

Superkubokda “Galatasaray”a 2 qol vuran Immobile “Samsunspor” matçını buraxıb.

Tüpraş stadionunda azarkeşləri önündə keçirdiyi ilk matçda “Antalyaspor”la qarşılaşan İmmobile 23 dəqiqədə 2 qol vurub.

Təcrübəli hücumçu “Beşiktaş” forması ilə 3 rəsmi matçda 4 qol vurub.

Bahar Rüstəm